Xamalın bölünməsi

bax: «Hasilatın pay bölgüsü».
Xam neft
Xəlilov açarı
OBASTAN VİKİ
Albaniyanın bölünməsi
Albaniyanın bölünməsi (alb. Copëtimi i Shqipërisë) — Albaniya nümayəndə heyəti Vloreyada toplaşdıqdan sonra, gələcək Albaniya dövlətinin sərhədlərinin təyini 28 noyabr 1912-ci ildə elan edildi. Bir çox cəhətdən Albaniyanın cənub və şimal sərhədləri Birinci Balkan müharibəsinin iki döyüşü ilə təyin olundu: Bizani döyüşü və Şkodra mühasirəsi. Bu döyüşlərdə bir tərəfdən Yunan və Monteneqronun qüvvələri , digər tərəfdən isə Osmanlılar (bu döyüşlərdə albanlar Osmanlı İmperiyasının əhəmiyyətli bir hissəsini təşkil edirdi.) döyüşürdü. Böyük dövlətlərin iştirakı ilə keçirilən bir sıra beynəlxalq görüşlər də sərhədlərin müəyyənləşdirilməsinə təsir göstərmişdir. London Barışıq Konfransı 29 iyul 1913-ci ildə, dünyanın altı super güclü dövləti - İngiltərə, Fransa, Avstriya-Macarıstan, Rusiya, Almaniya və İtaliya - tərəfindən Albaniyanın sərhədləri razılaşdırıldı. Lakin, Albaniya milli hərəkatının nümayəndələri konfransın qərarını ölkənin bölünməsi kimi qəbul etdi, çünki albanların bir hissəsi Albaniya vilayətinə daxil olmadığı ərazidə qalmalı idi. Birinci Dünya müharibəsi illəri və sonrası Albaniyanı bölməyi planlaşdırdılırdı. Lakin bu planlar reallaşmadı və Albaniya öz suverenliyini qorudu. Onu bölmək cəhdləri İkinci Dünya müharibəsi və müharibədən sonrakı illərdə də davam etdi..
Hüceyrənin bölünməsi
Hüceyrənin bölünməsi — bölünmə hüceyrənin ən mühüm xüsusiyyətlərindən biridir. Hüceyrənin bir bölünmədən digər bölünməyədək olan dövrünə həyat tsikli deyilir. Hüceyrənin əsas bölünmə üsulları aşağıdakılardır: Mitoz Meyoz Amitoz Endomitoz == Hüceyrənin həyat tsikli == Hüceyrənin həyat tsikli iki dövrə ayrılır: İnterfaza (iki bölünmə arasındakı dövr) Xüsusi dövr (mitoz) == İnterfaza dövrünün mərhələləri == İnterfaza dövrü də öz növbəsində 3 ardıcıl dövrdən ibarətdir: Sintezdən əvvəlki dövr (Presintetik dövrü və ya G1 dövrü) Sintetik dövr (S dövrü) Postsintetik dövr (G2 dövrü) === Sintezdən əvvəlki dövr === Bu dövrdə hüceyrə ona məxsus olan fizioloji prosesləri həyata keçirir. Cavan hüceyrələrin sürətlə böyüməsi üçün spesifik zülallar, yağlar, karbohidratlar və s. sintez olunur və DNT sintezinə hazırlıqla əlaqədar proseslər gedir. Həmin vaxtda güclü RNT sintezi gedir. Bu, hüceyrədə spesifik zülalların toplanması ilə sübut olunur. Presintetik dövrdə habelə nukleotid-fosfokinaza fermenti sintez olunur. Bu proseslər göstərir ki, G1 – dövrü DNT-nin sintezi üçün hazırlıq mərhələsi hesab olunur. === Sintetik dövr === Bu dövrdə DNT molekulu reduplikasiya olunur.
Koreyanın bölünməsi
Koreyanın bölünməsi — Koreya yarımadasının Şimal və Cənuba bölünməsi. Bu iki ölkənin meydana gəlməsi 1945-ci ildə o zamana kimi tərkibində olduğu Yaponiyanın İkinci Dünya müharibəsində məğlubiyyəti nəticəsində baş verir. İkinci dünya müharibəsindən sonra ABŞ və SSRİ ölkənin birgə idarə edilməsi haqqında müqavilə imzaladılar. Hər iki ölkənin sərhəddi 38-ci şimal paralelindən keçməli idi. Koreya müharibəsindən (1950—1953) sonra iki yeri təşkil olunan dövlət Koreya silahsızlaşdırılmış zonası ilə bir-birindən ayrılır. == Tarixi fon == === Koreyanın yapon işğalı (1910—1945) === 1905-ci ildə Rus-yapon müharibəsindən sonra Koreya Yaponiyan protektaratılna çevrilir. 1910-cu ildə isə Yaponiyaya birləşdirilir. === İkinci Dünyan müharibəsi (1939—1945) === 1943-cü ildə Qahirə konfransında iştirak edən ABŞ prezidenti Franklin Ruzvelt, Böyük Britaniya baş naziri Vinston Çörçill və Çin Respublikasının prezidenti Çan Kayşi yapon koloniyalarının taleyi məsələsində müzakirələr zamanı onun bütün işğal etdiyi ərazilərdən çıxarılmasına qərarverirlər. Koreyada bu qəbildən olan ərazilərdən idi. ikinci Dünya Müharibəsinin sonlarında, 1945-ci ilin avqustunda hələ də Koreyanın taleyi aydın deyildi.
Vyetnamın bölünməsi
Vyetnamın bölünməsi — 1954-cü ildə Hind-Çin müharibəsi və Vyetnamı iki yerə bölən Cenevrə razılaşmalarından sonra həyata keçirilmiş proses. Şimalda Vyetnam Demokratik Respublikası ("Şimali Vyetnam" kimi tanınır, SSRİ-nin təsiri altında olan kommunist rejimi) və cənubda Vyetnam Respublikası ("Cənubi Vyetnam" kimi tanınır, ABŞ-nin təsiri altında antikommunist rejim). Sərhəd 17° şimal enliyi üzrə keçirdi. Bölünmə Soyuq müharibənin əsas məqamlarından birini təmsil edir. Üstəlik, ABŞ və Vyetnam Dövləti Cenevrə Konfransının yekun bəyannaməsini imzalamamışdılar. Atəşkəs müqavilələrinə riayət edilməməsi, getdikcə artan diktator gücü və ABŞ-nin himayəsi altında antikommunist müdafiə paktı olan Cənub-Şərqi Asiya Müqaviləsi Təşkilatının (SEATO) yaradılması vəziyyəti gərginləşdirmişdir. Bu, Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsinin yaradılmasına gətirib çıxarmış və Vyetnam müharibəsinə səbəb olmuşdur. Müharibə 1975-ci ildə Şimali Vyetnam və Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsinin qələbəsi ilə başa çatmışdır. Vyetnam 1976-cı ildə ümumxalq seçkiləri ilə yenidən birləşdirilmişdir.
Zamanın bölünməsi
İnformasiyanın vaxtında bölüşdürülməsi çoxsaylı işlərin köməyi ilə istifadəçilər arasında resursların paylaşılmasına verilən adadır. 1960-cı illərdə yaranmış və 1970-ci illərdən bəri geniş yayılmış vaxt mübadiləsi bir kompüterdə işləyən istifadəçilərin sayına məhdudiyyət qoymuş və interaktiv proqramları yazmağı asanlaşdırmışdır. Vaxtın mübadiləsi müasir əməliyyat sistemlərinin tərkib hissəsidir.
Çoxhədlilərin bölünməsi
Polinom bölmə — cəbrdə bir çoxhədlini bərabər və ya daha kiçik dərəcəli digər çoxhədliyə bölmə alqoritmidir. Uzun bölmə olaraq adlandırılan üsulun ümumiləşdirilməsi olan alqoritm çətin bir bölmə əməliyyatını xeyli asanlaşdırdığından kağız üzərində hesablana bilir. f(x) və g(x) bir polinom(çoxhədli) (g(x) sıfırdan fərqli olmaq şərti ilə) olmaqla, f ( x ) g ( x ) = q ( x ) + r ( x ) g ( x ) {\displaystyle {\frac {f(x)}{g(x)}}=q(x)+{\frac {r(x)}{g(x)}}} bərabərliyini təmin edən q(x) və r(x) çoxhədliləri vardır. Burada r(x)-in dərəcəsi g(x)-inkindən kiçikdir. Sintetik bölmə əməliyyatına f(x) surət, g(x) sıfırdan fərqli bir məxrəc olaraq tətbiq edildiyində bölmə q(x) və qalan r(x) olaracaqdır. Bu üsulda bölünən nizamlı bir ifadə şəklində yazılır. g ( x ) | f ( x ) ¯ {\displaystyle g(x){\overline {\vert f(x)}}} Ən böyük dərəcədən başqa bütün hədlərin əmsalları sıfır olsa belə yazılmalıdır.
Afrikanın kolonial bölünməsi
Afrikanın bölünməsi və ya Afrika uğrunda mübarizə, Afrika çarpışması (ing. Scramble for Africa, fr. Partage de l'Afrique, port. Partilha de África) — Birinci Dünya Müharibəsindən əvvəlki dövrdə Avropanın bir sıra imperialist dövlətlərinin tədqiqi və hərbi əməliyyatlar aparmaq üçün son dərəcə Afrikada yeni ərazilərin ələ keçirilməsinə yönəlmiş güclü rəqabət dövrü. Avropalı müstəmləkəçilərin bir çox məqsədləri var idi: qitənin hər yerində mövcud olan dəyərli mənbələrə sahib olmaq istəyi, milli nüfuz istəyi, Avropa gücləri arasındakı gərginlik, dini missioner canfəşanlığı və Afrika ölkələrinin daxili siyasəti. XIX əsrin son rübündə Avropa imperiyaları arasındakı siyasi və iqtisadi rəqabət səbəbindən Afrikanın bölünməsinin köməyi ilə avropalılar öz aralarında müharibənin qarşısını aldılar. XIX əsrin sonrakı illərdə hərbi təsir və iqtisadi hökmranlığın köməyi ilə "qeyri-rəsmi imperializm" dən müstəmləkə imperializminə səbəb olan birbaşa idarəçiliyə keçid baş verdi. == Afrika koloniyaları metropoliyalar üzrə == === Belçika === Azad Konqo dövləti === Fransa === Əlcəzair Tunis Mərakeş ==== Fransız Qərbi Afrikası ==== Mavritaniya, Seneqal, Fransa Sudanı, Qvineya, Kot-d'İvuar, Niger, Dahomeya ==== Fransız Ekvatorial Afrikası ==== Qabon, Orta Konqo, Ubanqi-Şari, Çad === Almaniya (1919-cu ilə qədər) === ==== Almaniya Şərqi Afrikası ==== Tanqanika, Almaniya Kamerunu, Toqolend === İtaliya === ==== İtaliya Şimali Afrikası ==== Tripolitaniya, Kirenaika, Fəzzan, Eritreya, İtaliya Somalisi === Portuqaliya === Anqola Kabinda Portuqaliya Şərqi Afrikası Portuqaliya Qvineyası Kabo-Verde San-Tome və Prinsipi === İspaniya === İspaniya Saxarası (indiki Qərbi Saxara) İspaniya Mərakeşi Ekvatorial Qvineya === Böyük Britaniya === Misir ==== Britaniya Şərqi Afrikası ==== Keniya Uqanda Zənzibar Britaniya Somalisi Cənubi Rodeziya Şimali Rodeziya ==== Britaniya Cənubi Afrikası ==== Keyp koloniyası Natal koloniyası Azad Oranj Dövləti Basutolend Svazilend Qambiya Seyşel adaları Syerra-Leone Mavriki Nigeriya Qızıl sahil === Müstəqil dövlətlər === Liberiya Efiopiya imperiyası == Həmçinin bax == İngilis-bur müharibələri Herero və Namaka soyqırımı Sesil Rods == Ədəbiyyat == Aldrich, Robert. Greater France: A History of French Overseas Expansion (1996) Atkinson, David. "Constructing Italian Africa: Geography and Geopolitics." Italian colonialism (2005): 15–26.
Siyasətdə sol və sağın bölünməsi
Siyasətdə sol və sağın bölünməsi — siyasi mövqelərin, ideologiyaların və partiyaların təsnifləşdirmə sistemi. Baxmayaraq ki, müəyyən bir şəxs və ya qrup bir mövzuda solçu mövqe, başqa bir mövzuda sağçı mövqe tuta bilər, solçuluq və sağçılıq adətən bir-birlərinə zidd olaraq göstərilir. Həmçinin, bəzi mövqelər üst-üstə düşə bilər və ideologiyadan asılı olaraq həm solçu, həm də sağçı mövqe kimi qiymətləndirilə bilər. Bu terminlər Fransada yaradılmışdır. Sol "hərəkət partiyası", sağ isə "intizam partiyası" adlandırılmışdır. Aralıq mövqe mərkəzçilik, bu mövqeni tutan şəxs isə mərkəzçi və ya mötədil adlanır. Ümumiyyətcə qəbul edilib ki, solçulara tərəqqipərvərlər, yaşıllar, kommunistlər, sosial-demokratlar, sosialistlər, sindikalistlər, sosial liberallar, demokratik sosialistlər, solçu libertarianistlər, sekulyaristlər, avtonomistlər, antiimperialistlər, antikapitalistlər və anarxistlər daxildir. Ümumiyyətcə qəbul edilib ki, sağçılara mühafizəkarlar, mürtəcelər, yeni mühafizəkarlar, milliyətçi demokratlar, eləcə də kapitalistlər, sağçı liberallar, sağçı libertarianlar, milliyətçilər, sosial avtoritarlar, monarxistlər, teokratlar və sağçı populistlər daxildir.
беззасте́нчивость маклери́ть перешлихто́вка плева́ть симметри́чность стра́сти та́бор химору́жие экспериме́нт восьмито́мник исто́рико- матро́ним собо́рность сто́лбиком намесь curling stone exurbanite green marble lavish SOS sparklet time-lagged дрянной спаниель усечь